“Borussiya Dortmund”un hücumçusu Seru Qirassi İngiltərə Premyer Liqasının iki aparıcı klubunun maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, 29 yaşlı forvardla “Arsenal” və “Mançester Yunayted” yaxından maraqlanır.
Bu barədə “Caught Offside” məlumat yayıb.
Mənbənin məlumatına görə, gələn ilin yanvarında qvineyalı futbolçunun müqaviləsindəki 50 milyon avroluq sərbəstqalma bəndi aktivləşəcək. Bu isə klublar üçün onu daha əlçatan edir.
Qeyd edək ki, Qirassi bu mövsüm Dortmund təmsilçisinin heyətində 15 matça çıxaraq 7 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
- "Qalatasaray"-"Beşiktaş" derbisinin hakimi bəlli olub
- "Eqnatiya"nın idman direktoru: "Vüsalın transferindən gəlir əldə etdik" - Özəl
- Rafinya "Barselona"nın antirekordunu müəyyənləşdirib
- Cüdoçularımız Almaniyada turnirdə iştirak edəcəklər
- Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb