Dris Mertens karyerasını başa vurdu
23.06.2025 - 10:53
Dris Mertens karyerasını başa vurdu

"Qalatasaray"ın sabiq yarımmüdafiəçisi Dris Mertensin taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, o, peşəkar futbolçu karyerasını başa vurub.

Bunu belçikalı oyunçunun özü açıqlayıb.

Həmçinin 38 yaşlı Mertens "Napoli"dəki keçmiş komanda yoldaşı Marek Hamşikin vida matçında çıxış edəcəyini bildirib. 

O, Neapol klubu ilə iki dəfə ölkə kubokunu, bir dəfə isə İtaliya superkubokunu qazanıb. Mertens son üç mövsümü "Qalatasaray"ın heyətində keçirib.

Dris İstanbul təmsilçisi ilə ardıcıl 3 çempionluq yaşayıb, Türkiyə kubokunun və superkubokun qalibi olub.