Duqlas Kosta “Los Anceles Qalaksi”dən ayrılır
24.10.2023 - 11:11
Braziliyalı futbolçu Duqlas Kosta “Los Anceles Qalaksi”dən ayrılmağa qərar verib.
Apasport.az xəbər verir ki, cənubi amerikalı karyerasını Səudiyyə Ərəbistanında davam etdirməkdə maraqlıdır.
Bunu klubun idman direktoru Qreq Vanni açıqlayıb: “Kluba verdiyi əməyə görə Duqlasa təşəkkür edirik. Yeni müqavilə təklif etməyəcəyik. Ona və ailəsinə növbəti karyerasında uğurlar arzulayırıq”.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2024-cü ildə sona çatacaq.
- “Fənərbaxça”da ciddi itki - 2 ay oynamayacaq
- Avropa nəhəngləri argentinalı ulduz üçün mübarizə aparır
- “Araz-Naxçıvan”ın legioneri: "Məqsədimiz Avropaya getməkdir" - Müsahibə
- “Fiorentina” – “Yuventus”: “Biri risk etməyə, digəri zövq almağa çalışacaq”
- Türkiyə Superkubokunun keçiriləcəyi vaxt dəqiqləşdi
0
0