Ebereçi Eze İngiltərə Premyer Liqasının tarixinə düşüb
24.11.2025 - 15:18
"Arsenal"ın yarımmüdafiəçisi Ebereçi Eze İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Apasport.az xəbər verir ki, o, bunu 12-ci turun "Tottenhem"lə matçında 3 qol vurmaqla bacarıb.
Beləliklə, 27 yaşlı futbolçu çempionat tarixinin 400-cü het-trikinin müəllifi olub.
Həmçinin ingiltərəli oyunçu Premyer Liqa matçında ən azı 3 qol vuran 23-cü "Arsenal" futbolçusudur.
Qeyd edək ki, sözügedən görüşdə "Arsenal" "Tottenhem"ə 4:1 hesabı ilə qalib gəlib.
- Qvineyalı ulduz "Borussiya"da
- KL: Millimizin üzvü oynadı, komandası 1 xal qazandı
- AKAF COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü təşkil edib
- “Qarabağ”ın baş tutmayan qış transferləri – siyahıda Babakar da olub
- "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray"ın Avropa matçlarının hakimləri açıqlanıb
0
0