Edin Ceko "Qalatasaray" derbisində oynayacaq?
23.12.2023 - 23:36
“Fənərbaxça” azarkeşlərinə müjdəli xəbərimiz var.
Apasport.az xəbər verir ki, komandanın əsas qol silahlarından olan Edin Ceko zədəsini sağaldıb.
Sağ ayağında agrılar hiss edən Bosniya və Hersoqovina millisinin üzvü bu səbədən “Kayserispor”la qarşılaşmada iştirak etməmişdi. Komandanın bu gün keçirilən məşqlərinə qatılan 37 yaşlı təcrübəli forvardın sabah oynanılacaq “Fənərbaxça” – “Qalatasaray” dərbisində meydana çıxması gözlənilir.
Qeyd edək ki, bu mövsüm komandasının 21 matçında meydana çıxan Ceko aktivinə 16 qol və 7 məhsuldar ötürmə yazdırıb.
- Minifutbol üzrə dünya çempionatı: I tura yekun vurulub - YENİLƏNİB
- Nəhənglərlə yarışan tarix, ardıcıl məyusluq - "Ankaragücü"
- Murad Məmmədov: "Emin Mahmudov və Rəhman Hacıyevin oyunlarına baxa-baxa böyümüşəm" - MÜSAHİBƏ
- “Kəpəz” 3 legioneri ilə yollarını ayırdı - RƏSMİ
- Güləşçilərimiz Rusiyada 3 medal qazanıblar
0
0