Edin Ceko tarixə düşdü
24.07.2024 - 14:17
Türkiyə Super Liqa təmsilçilərindən "Fənərbaxça" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Edin Ceko (3) və Ferdi Kadıoğlunun qolları ilə "Luqano"nu məğlub edib .
Apasport.az "Opta"ya istinadla xəbər verir ki, qarşılaşmada het-trik edən Ceko tarixə düşüb.
Bosniyalı futbolçu 38 yaşında avrokuboklar tarixində türk komandası üçün het-trik edən ən yaşlı oyunçu olub.
Beləliklə, o, "Qalatasaray"ın sabiq futbolçusu Şabani Nondanı (32 yaş) geridə qoyaraq mütləq rekorda imza atıb.
- “Çelsi” 45 milyondan imtina etdi
- “Şimal” klubunun UEFA Regionlar Kubokundakı rəqibləri müəyyənləşib
- AMADA Paris Olimpiadası ərəfəsində innovativ yanaşmalar tətbiq edir
- "Şəki"nin basketbolçusu: "Meydana çıxmaq üçün çox həyəcanlıyam"
- Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Liqasının oyununa təyinat alıblar
0
0