Emerinin ilk istəyi
27.10.2022 - 22:48
“Aston Villa”nın qış transfer pəncərəsindəki ilk mümkün transferinin kimliyi bəlli olub.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu “Vilyarreal”ın hücumçusu Yeremi Pinonu heyətinə qata bilər.
Onun keçidini yeni baş məşqçi Unai Emeri istəyib. Mütəxəssis əvvəlki iş yerindən yaxşı tanıdığı sabiq yetirməsini sərəncamında olmasının tərəfdarıdır.
Qeyd edək ki, 20 yaşlı hücumçu cari mövsümün 14 oyununda 1 qola imza atıb.
- "Real Madrid" Mbappe və Haalandın əvəzinə "Mançester Yunayted"in forvardını ala bilər
- Paytaxt klubunda yeni müqavilə
- Türkiyəli atlet: "İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm"
- "Beşiktaş"lı futbolçu meydana sonradan çıxıb dubl edən ilk niderlandlı oldu
- Millimiz Serbiyaya məğlub oldu - YENİLƏNİB
0
0