Ərəblər "Sevilya"nın da 2 futbolçusunu aparır
13.07.2023 - 17:44
"Sevilya" iki futbolçunun satışından 100 milyon avro qazana bilər.
Apasport.az saytı xəbər verir ki, Əndəlüs klubu qapıçı Yasin Bono və Yusef En-Nesrini Səudiyyə Ərəbistanına yola salmağa hazırlaşır.
İspanlar iki futbolçu üçün təklif edilən 100 milyon avroyla razılaşıb. Tərəflər arasında danışıqların yekunlaşmaqda olduğu və ərəblərin futbolçularla şəxsi müqavilənin detallarını müzakirə etdikləri bildirilir.
Qeyd edək ki, Mərakeş millisinin şərəfini qoruyan hər iki oyunçunun “Sevilya” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
- Didye Deşam: "İtaliya millisi son oyunlarda yaxşı formada idi"
- "Xəyalım karyeramı "Real"da başa vurmaqdır"
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- Azərbaycan millisinin üzvü əməliyyat olunub
- Bakıda dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq
0
0