Ərəblərdən Osimhenə 45 milyonluq təklif
17.05.2025 - 17:17
İcarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, nigeriyalı hücumçu Asiya ölkəsindən sərfəli təklif alıb.
Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu Osimhenə illik 45 milyon avro maaş təklif edib. 26 yaşlı forvard gələcəyi ilə bağlı qərarını yayda verəcək.
Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni mövsümün əvvəlində "Napoli"dən icarəyə götürüb. Nigeriya millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 35 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- Millimiz Qəbələdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb
- “Atletiko”dan Vitsel qərarı
- Bu gün "Mançester derbisi" baş tutacaq
- “Quba”nın basketbolçusu: “Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır”
- Nazim Əliyev: “Bir balaca pul olan kimi o saat xaricdən oyunçu dəvət edirlər.” - MÜSAHİBƏ
0
0