Ərəblərdən Zidana 120 milyonluq təklif
17.04.2023 - 19:39
Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”ın baş məşqçisi postuna əsas namizəd bəlli olub.
Apasport.az saytının məlumatına görə, Rudi Qarsiyanı istefasından sonra çalışdırıcı axtarışına çıxan Səudiyyə Ərəbistanı klubu Zinəddin Zidanın gətirilməsində maraqlıdır.
Fransalı mütəxəssisə 2 ilik müqavilə təklif olunması planlaşdırılıb. Zidan bu təklif qəbul etsə, 120 milyon avro qazanacaq. Mütəxəssisin nümayəndələri bu varianta münasibət bildirməyib.
Qeyd edək ki, “Əl-Nəsr” Zidan variantından əvvəl Joze Mourinyo ilə müqavilə bağlamaq fikrində idi.
- AFFA hakimləri təhqir edən baş məşqçiləri 5 oyunluq cəzalandırıb
- "Milan" "Atalanta"nın qələbə seriyasına son qoydu
- Azərbaycanın 3x3 basketbol millisi ilk dəfə FIBA Çempionlar Kubokuna qatılacaq
- Azərbaycan - İsveç matçının biletləri satışa çıxarılıb
- "Qarabağ"ın keçmiş qapıçısı milli karyerasını bitirdi
0
0