Erik ten Haq "Mançester Yunayted"də qalacaq
04.07.2024 - 14:36
İngiltərə nəhəngi “Mançester Yunayted” başq məşqçisi Erik ten Haqla müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, niderlandlı baş məşqçinin müqavilə müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Erik ten Haq açıqlamasında bildirib ki, düşüncələri tamamilə klub rəhbərliyi ilə üst-üstə düşür. Baş məşqçi “qırmızı şeytanlar”a layiq olduğu nəticələri qazandıracağına əmindir.
Qeyd edək ki, “Mançester Yunayted” ötən mövsüm Premyer Liqanı 8-ci pillədə başa vurub, Çempionlar Liqasında isə qrupda son pillədə qərarlaşıb.
- Aslan Kərimov: “Qarabağ”la rəqabət aparmaq gecdir”
- 2 gimnastımız Niderlandda qızıl medal qazanıb
- Nikola Kaliniç: "Biz "Fənərbaxça" deyilik, hakimlər hər zaman onların lehinə olacaqlar"
- Ayxan Abbasov: “Problemlərdən danışıram, xoşlanılmır“
- Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
0
0