Ernest Muçiyə Premyer Liqadan təklif var
20.08.2024 - 20:51
Ötən il böyük ümidlərlə "Beşiktaş"a transfer edilən, lakin yeni mövsümdə daha çox ehtiyat oyunçular skamyasında qalan Ernest Muçiyə İngiltərə Premyer Liqasından təklif gəlib.
Apasport.az xəbər verir ki, "Aston Villa" gənc futbolçunun xidmətində maraqlıdır.
İngilislər bu transfer üçün 10 milyon avrodan keçməyə hazırdır.
Qeyd edək ki, 23 yaşlı futbolçu ötən mövsüm İstanbul nəhənginin heyətində 17 matça çıxıb, 4 qol vurub.
- “Arsenal”dan darmadağın
- “Araz-Naxçıvan” “Zirə”yə qarşı - HEYƏTLƏR
- "Fənərbaxça"da hədəf: fransız ulduz Antoni Marsial
- Azərbaycanın kamandan oxatma hakimləri beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunacaqlar
- Rəşad Sadıqov: "Heç kim deyə bilməz ki, ünsiyyət zamanı hansısa qüsura yol vermişəm"
0
0