“Eyüpspor”dan “Lill”ə - RƏSMİ
14.08.2025 - 20:48
“Eyüpspor”dan “Lill”ə - RƏSMİ

"Eyüpspor"un qolkiperi Berke Özer karyerasını Fransada davam etdirəcək.

Apasport.az xəbər verir ki, 25 yaşlı qapıçı "Lill"ə transfer olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Liqa 1 təmsilçisi bu keçid üçün 4,5 milyon + 500 min avro ödəniş edəcək.

Türkiyəli futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Berke 2023-cü ildən "Eyüpspor"un şərəfini qoruyurdu.