Eze rəsmən “Arsenal”da
23.08.2025 - 22:17

"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "topçular" "Kristal Pelas"dan Ebereçi Ezeni transfer edib.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Keçid 79 milyon avroya başa gəlib. Müqavilənin müddəti 2030-cu ilə qədərdir.
Futbolçu yeni klubunda 10 nömrəli formada çıxış edəcək.
0
0