Əzəli rəqiblər yenidən üz-üzə gəliblər
29.11.2024 - 14:56
Ötən gün “Real Madrid” və “Barselona”nın əfsanə futbolçuları yenidən üz-üzə gəliblər.
Apasport.az xəbər verir ki, veteran oyunçuların görüşündə əsas hissə 2:2 nəticələnsə də, kataloniyalılar penaltilər seriyasında 4:2 hesabla qələbə qazanıblar.
Qarşılaşmada “Barselona”nın qollarını Xuan Pablo Sorin, Ronaldinyo, “kral klubu"nda isə Luiz Fiqo və Edvin Konqo vurub.
Görüşdə Patrik Kulivert, Klarens Sidorf, Rivaldo, Rikardo Quareşma və bir çox veteran futbolçu iştirak edib.
Qeyd edək ki, qarşılaşma Qətərin paytaxtı Doha şəhərinin “Beynəlxalq Xəlifə Stadion”unda keçirilib.
- Arif Əsədov: "7:0 hesabı ilə uduzmaq acınacaqlı məğlubiyyətdir"
- Konfrans Liqası: “Betis” və “Panatinaikos” 1/8 finalda - YENİLƏNİB
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
- Voleybol üzrə ölkə çempionatının növbəti oyunlarına start veriləcək
- Şahmat millimiz növbəti dəfə Gürcüstanla heç-heçə edib
0
0