Fatih Terim “Panatinaikos”un başına keçir
26.12.2023 - 16:36
Türkiyəli məşqçi Fatih Terim Yunanıstanda işləyə bilər.
Apasport.az xəbər verir ki, Afina klubu “Panatinaikos” "imperator"un xidmətində maraqlıdır.
Yayılan məlumatlara görə, artıq tərəflər arasında danışıqlar da baş tutub. İlkin razılıq da əldə olunub.
Türkiyə mətbuatının iddiasına görə Terim xəbəri təsdiqləyib və sabah rəsmi müqavilə üçün Yunanıstana gedəcəyini bildirib.
Yunanıstan təmsilçisi Fatih Terimə 6 ay + 1 illik sözləşmə təklif edib.
Qeyd edək ki, “Panatinaikos”un basketbol komandasını türkiyəli məşhur məşqçi Ergin Ataman çalışdırır.
- Qara Qarayev: “Futbolumuzun adında olan mifləri qırmaq istəyirik”
- Peter Ademo: "Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə çıxaq"
- Elçin Əlicanov üçün yubiley: 100-cü oyununa çıxıb
- Azər Bağırov: "Verdikəri qərarların hamısı onlara yedizdiriləcək"
- Azərbaycan cüdo yığması Linzdəki Qran-Pri turnirində 7 idmançı ilə təmsil olunacaq
0
0