Felipe Melo komandasından ayrılıb
02.01.2025 - 16:42
Braziliyanın "Fluminense" klubu müqaviləsi başa çatan Felipe Melo ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi 41 yaşlı yarımmüdafiəçisi ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliya millisinin sabiq üzvünün klubla 2024-cü ilin sonunda başa çatan sözləşməsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, Felipe Melo 2025-ci ilin yanvar ayında "Fluminense"də çıxış edirdi. Təcrübəli futbolçu bu müddət ərzində komandanın heyətində keçirdiyi 108 rəsmi matçda 3 qol vurub.
- Sənan Qurbanov: “Regekampf dedi, rəhbərlik də elə fikirləşir” - MÜSAHİBƏ
- “Fənər”in üzvü futboldan uzaqlaşdırıldı - Mərc oyunlarına görə
- Afrika Millətlər Kuboku: Mozambik Qabonu, Sudan Ekvatorial Qvineyanı məğlub edib
- La Fuente: "İngiltərənin çox yaxşı olduğunu bilirdim"
- “Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
0
0