"Fənərbaxça" Bundesliqada çıxış edən futbolçunu istəyir
09.10.2024 - 17:17
Super Liqa təmsilçilərindən "Fənərbaxça" qışda heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul nəhəngi Bundesliqa klublarından "Auqsburq"da çıxış edən Mert Kömürü transfer etmək istəyir.
Klub türk əsilli yarımmüdafiəçi üçün onun komandası ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Mert Kömür bu mövsüm "Auqsburq"un əsas komandasının heyətində 1 rəsmi matçda meydana çıxıb. Gənc oyunçu Almaniyanın aşağı yaş qruplarından ibarət milli komandalarında 20 oyun keçirib. O, hazırda Almaniya U-20 yığmasının üzvüdür.
- “Turan Tovuz” “Dinamo” ilə qarşılaşacaq
- Paris-2024: Qızıl və bürünc medal qazanan parataekvondoçularımız vətənə dönüb - FOTO
- Millimiz üçüncü yer uğrunda oyuna çıxacaq
- Qurban Qurbanov: "Pul elə qüvvədir ki, gələn kimi gedir"
- Estoniya millisinin baş məşqçisi: “Azərbaycanla matçda xallarımızı qazanmağa çalışacağıq”
0
0