"Fənərbaxça" İtaliyada çıxış edən fransıza təklif göndərəcək
05.07.2024 - 14:17
Super Liqa təmsilçilərindən “Fənərbaxça” sol cinah, mərkəz hücumçusu, yarımmüdafiəçi və müdafiəçi axtarışlarını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul klubu bunun üçün üzünü İtaliyaya çevirib.
Super Liqa təmsilçisi “Sassuolo”nun fransalı futbolçusu Armand Lauryenteni transfer gündəminə gətirib.
Ötən ay 25 yaşlı futbolçu üçün italyanların qapısını döyən “Fənərbaxça” 20 milyon avro tələb olunduğu üçün danışıqları yarımçıq qoyub.
Yenidən oyunçu üçün bu ay təklif göndəriləcəyi gözlənilir.
Ötən mövsüm 40 matçda meydana çıxan Lauriente 5 qol və 6 məhsuldar ötürmə ilə çıxış edib.
- Vidadi Əhmədov: “Belə davam eləsə, futbolumuz tamam məhv olacaq” - OFSAYD
- Kokedən qalmaqallı ittiham – “Hakimlər alınıb”
- Millimizin baş məşqçisi: "Hədəfimiz qrupda ilk iki yerdən birini tutmaqdır"
- Həyat yoldaşından Fatih Terimə məsləhət: "Əsla bunu etmə..."
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
0
0