"Fənərbaxça" onun istefasına SƏBƏB OLDU
21.09.2026 - 12:52
Türkiyənin “Eyüpspor” klubunda baş məşqçi ayrılığı yaşanıb.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Özhan Pulat istefa verib.
41 yaşlı mütəxəssis Superliqanın VI turunda “Fənərbaxça”ya səfərdə 0:8 hesablı məğlubiyyətdən sonra postundan ayrılmaq qərarına gəlib. Klub rəhbərliyi Pulatın istefasını qəbul edib.
“Eyüpspor” mövsümün ilk 6 turundan sonra 3 xal toplayıb.
Qeyd edək ki, Pulat daha əvvəl “Hatayspor” və “Adanaspor”da da baş məşqçi kimi çalışıb.
0
0