Super Liqanın XVIII turunda "Fənərbaxça" "Hatayspor"u 2:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, “Ülkər” stadionunda keçirilən matçda azarkeşlər arasında dava düşüb.
Belə ki, "sarı-lacivərdlilər"in bir qismi rəhbərliyi istefaya səsləyən şüarlar səsləndiriblər. Bundan sonra Ali Koçu dəstəkləyənlər və istefa şüarları səsləndirən azarkeşlər arasında gərginlik yaşanıb.
Tribunada gərginlik yaşayan "Fənərbaxça"lı azarkeşlər daha sonra öz aralarında dava ediblər.
Polis müdaxiləsindən sonra tərəflər sakitləşib.
Qeyd edək ki, sosial şəbəkələrdə paylaşım edən “Fənərbaxça” azarkeşləri matçdan əvvəl tribunalara asmaq istədikləri “Ali Koç istefa” plakatlarının təhlükəsizlik əməkdaşları tərəfindən stadiona buraxılmadığını iddia ediblər.
- Gürcüstan millisinin AVRO-2024 üçün heyəti müəyyənləşib
- DÇ-26: Belçikadan qollu sülh - YENİLƏNİB
- Gimnastika üzrə Azərbaycan millisi beynəlxalq turnirdə bürünc medal qazanıb
- "Nyukasl"dan fiziki qüsurlu insanlar üçün xüsusi FORMA
- Azərbaycan yığmasının üzvü: “Məğlubiyyətimizin əsas səbəbi təcrübəsizlik oldu”