"Fənərbaxça"da növbəti zədəli
12.11.2024 - 09:15
Çağlar Söyüncüdən sonra "Fənərbaxça"da Aleksandr Ciku da zədələnib.
Apasport.az xəbər verir ki, təcrübəli oyunçu Qana millisinin namizəd heyətindən çıxarılıb.
Aleksandr Ciku Afrika Millətlər Kubokunun seçmə mərhələsində Qana millisinin Anqola və Nigerə qarşı keçirəcəyi matçlarda meydana çıxa bilməyəcək.
Ciku liqanın 11-ci həftəsində keçirilən "Trabzonspor" matçında zədələnib və "Alkmaar" matçında meydana çıxa bilməyib. Təcrübəli müdafiəçi “Sivasspor” matçı ilə meydanlara dönsə də, yenidən zədələnib.
- Yüksək Liqa: “Neftçi” və U-19-dan qələbə
- Amerika klubunda forma geyinən oyunçu Azərbaycan millisində çıxış edəcək
- Yığmamız “Dalğa Arena”da uduzdu
- Qurban Qurbanov: "Dəyişiklik üçün hücumda oyunçu azdır"
- Aslan Kərimov: “Onların büdcəsi "Qarabağ"ınkı qədər olsa, ağdamlılar bu cür lider olası deyil” - MÜSAHİBƏ
0
0