"Fənərbaxça"dan Alvarez bombası
21.08.2025 - 14:00

"Fənərbaxça" "Vest Hem"in futbolçusu Edson Alvarezlə razılıq əldə edib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi icarə əsasında 1 il "sarı-lacivərdlilər"in heyətində çıxış edəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
27 yaşlı futbolçu bu gün tibbi müayinədən keçmək üçün İstanbula yollanacaq.
Oyunçunun müqaviləsində satınalma bəndinin də yer aldığı qeyd olunub.
Qeyd edək ki, Edson "Vest Hem"ə 2023-cü ildə "Ayaks"dan 38 milyon avroya transfer olunub.
0
0