"Fənərbaxça"nın Avroliqadakı rəqibi malili futbolçu ilə güclənib
31.08.2024 - 15:44
“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” Malinin “Qidars” klubundan Seku Koneni transfer edib. 18 yaşlı dayaq yarımmüdafiəçisi ilə müqavilə detalları açıqlanmayıb.
İngiltərə mətbuatının xəbərinə görə, “Mançester Yunayted” Seku üçün 1,2 milyon avro ödəyib.
Kone Mali yığmasının da üzvüdür. O, “qırmızı şeytanlar”ın U-21 komandasında oynayacaq.
Qeyd edək ki, Avropa Liqasının liqa mərhələsində "Mançester Yunayted" "Fənərbaxça"nın qonağı olacaq.
- Lemina qərarını dəyişdi – “Qalatasaray”ın təklifini rədd etdi
- AFFA “Turan Tovuz”u cərimələdi: 20000 manat!
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Rəşad Sadıqov: "Buraxdığımız səhvlər mövsümün sonunda həlledici olduğunu göstərdi" - VİDEO
- Millətlər Liqası: Xorvatiya Fransanı, Ukrayna Belçikanı məğlub etdi - YENİLƏNİB
0
0