“Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq
21.09.2026 - 19:08
“Fənərbaxça”nın futbolçusu Mert Müldür əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 26 yaşlı müdafiəçi sol dizində menisk yırtığı səbəbindən Avstriyada əməliyyat olunub və müdaxilə uğurlu keçib.
İnsayder Yağız Sabuncuoğlunun iddiasına görə, müdafiəçi 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Mert Müldür 2023-cü ildən “Fənərbaxça”da çıxış edir.
0
0