“Fənər”in cəzası müəyyənləşdi - 3 matç iştirak edə bilməyəcəklər
05.04.2025 - 21:45
Bu gün Türkiyə Futbol Federasiyasının İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, "Fənərbaxça"nın "Qalatasaray"la oynadığı kubok matçının cəzaları müəyyənləşib.
İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyoya 3, köməkçi məşqçilər Salvatore Fotiyə və Sandro Zuficə 4, futbolçularından Fredə 3, Mert Hakan Yandaşa isə 1 oyunluq cəza verilib.
Həmçinin klubun idman direktoru Mario Brankoya pul cəzası verildiyi açıqlanıb.
Qeyd edək ki, diskvalifikasiya kubok matçlarına aid olunduğu üçün, onlar "Trabzonspor"la keçiriləcək Super Liqa matçında iştirak edə biləcəklər.
- “Qalatasaray”ın sabiq futbolçusunun yeni klubu bəlli oldu
- Riçard Almeyda və Adama Diakabi ölkə kubokunun finalından sonra "Qarabağ"dan ayrılacaqlar
- Ulduz futbolçular Heydər Əliyev Mərkəzində olublar
- Messi het-trik etdi, çempionatın bombardiri oldu
- Avropa Liqası: "Qarabağ" mübarizəni dayandırdı - YENİLƏNİB
0
0