“Fənər”in müdafiəçisi zədəsini sağaldıb
07.05.2025 - 17:15
Türkiyə Super Liqası təmsilçilərindən "Fənərbaxça"nın müdafiəçisi Ceydon Ostervolde zədəsini tam sağaldıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı futbolçu bu gün komanda ilə birgə məşqlərdə iştirak edib.
Xatırladaq ki, Osdervolde Super Liqanın X həftəsində "Samsunspor"la matçda zədələnmişdi.
Qeyd edək ki, 24 yaşlı sol cinah müdafiəçisi bu mövsüm "sarı-lacivərdlilər"in heyətində 14 rəsmi matçda iştirak edib.
- Azərbaycan – Portuqaliya oyununun hakimləri bəlli olub
- 3x3 basketbol millimiz Fransada mübarizəyə başlayır
- III MDB Oyunları: Yunan-Roma güləşçilərimizdən üç qızıl medal
- Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayıblar
- Giorgi Kantariya: “Qarabağ”la heç-heçə xeyrimizə işləyəcək” - MÜSAHİBƏ
0
0