Super Liqa təmsilçilərindən "Fənərbaxça" futbolçusu Ferdi Kadıoğlunun Premyer Liqa klublarından "Brayton"a keçidini KAP-a (İctimaiyyəti Məlumatlandırma Platforması) bildirib.
Apasport.az bu barədə KAP-ın rəsmi saytına istinadla xəbər verir.
"Sarı-lacivərdli" klub həmçinin transferdən əldə edəcəkləri gəliri də açıqlayıb:
“Peşəkar futbolçumuz Ferdi Erenay Kadıoğlunun İngiltərənin “Brayton” klubuna transferi ilə bağlı tərəflər arasında futbolçunun bizimlə müqaviləsinin 30 milyon avro qarşılığında ləğv edilməsi ilə bağlı razılıq əldə olunub.
Transfer haqqına əlavə olaraq oyunçunun performansından asılı olaraq "Brayton" tərəfindən klubumuza 5.000.000 avro bonus haqqı ödəniləcək.
Bundan əlavə, gələcəkdə oyunçunun başqa kluba transferi halında "Brayton"nun əldə etdiyi transfer haqqının 10%-i sonrakı satış payı kimi klubumuza ödəniləcək".
- “Qalatasaray”la oyunu “Qəbələ” ilə matça əla sınaq adlandırdı
- "Şamaxı"da növbəti ayrılıq
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- “Baku Open 2024” Beynəlxalq Şahmat Festivalında V tur başa çatıb
- "Aran derbisi"ndə qalib müəyyənləşmədi - YENİLƏNİB