Fernando Torres İspaniya klubuna rəhbərlik edə bilər
10.09.2024 - 12:31
La Liqa təmsilçilərindən "Atletiko Madrid" baş məşqçisini dəyişə bilər.
Apasport.az xəbər verir ki, İspaniya klubunun rəhbərliyi Dieqo Simeonu “Atletiko”nun ikinci komandasında çalışan Fernando Torreslə əvəzləyə bilər.
2011-ci ildən "Atletiko"nun mentoru vəzifəsini argentinalı mütəxəssis Dieqo Simeone tutur. Onun klubla müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
İspaniya çempionatının yeni mövsümündə “Atletiko” 4 turdan sonra 8 xal qazanıb.
- Tamaş Petyo: "İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcəklər"
- Azərbaycanlı FİFA referilərinin sayı artırıldı
- Yüksək Liqa: III turun daha bir matçı keçiriləcək
- Qismət Alıyev: "Çalışacağıq ki, hər iki matçdan maksimum nəticə ilə ayrılaq" - Müsahibə
- "Neftçi"nin daha bir futbolçusu dünya çempionatı üçün dəvət alıb
0
0