FİFA Argentina millisinin hərəkətini araşdıracaq
17.07.2026 - 10:12
FİFA Argentina millisinin hərəkətini araşdıracaq

Argentina millisinin DÇ-2026-nın yarımfinalından sonra nümayiş etdirdiyi banner FİFA-nın diqqət mərkəzinə düşüb.

Apasport.az xəbər verir ki, dünya futbol qurumu turnir başa çatdıqdan sonra məsələ ilə bağlı intizam araşdırması aparacaq.

FİFA-nın İntizam Komitəsindən bildirilib ki, əvvəlcə matçın rəsmi hesabatları və bütün hallar araşdırılacaq, daha sonra İntizam Məcəlləsinə uyğun qərar veriləcək.

Argentina yığmasının futbolçuları İngiltərə üzərində 2:1 hesablı qələbədən sonra üzərində “Malvin adaları Argentinanındır” yazılmış banner nümayiş etdiriblər.

Sözügedən şüar Argentina ilə Böyük Britaniya arasında Folklend (Malvin) adaları ilə bağlı siyasi mübahisəyə aid olduğundan, FİFA-nın siyasi məzmunlu mesajlarla bağlı qaydalarının pozulması kimi qiymətləndirilə bilər.