Türkiyə klubu “Bursaspor” sanksiya ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, aşağı liqa təmsilçisi FIFA tərəfindən transfer qadağasına məruz qalıb.
Vaxtilə Super Liqa çempionu olan, hazırda isə TFF II Liqada çıxış edən bursalılar qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək. Buna sabiq futbolçu Luka Çapanın pulunun ödənilmədiyi üçün FIFA-ya şikayət etməsi əsas səbəb olub.
“Timsah”ın Azərbaycan millisinin hücumçusu Namik Ələskərovla müqaviləsinə sadiq qalmamasının da bu qərara təsiri olub. Bəyanatda bildirilib ki, Ələskərov və Çapa ilə yanaşı, yaxın keçmişdə Tim Matavz və Riqi Ofosu Baahın da sözləşməsi birtərəfli şəkildə ləğv edilib. “Bursaspor”da bu hal ardıcıl olaraq bir neçə dəfə təkrarlandığından, FIFA kluba transfer qadağası qoyub.
Türkiyə klubu cəza ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcək.
- Ronaldonun “Əl-Nəsr”də debüt oyunu açıqlandı
- "Qarabağ"ın oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdirildi
- Braziliya millisinin daha bir futbolçusu sıradan çıxdı
- “Neftçi”nin istədiyi futbolçu klubundan ayrıldı
- Rusiya Avarçəkmə Federasiyasının prezidenti: "MDB Oyunları gənc idmançılar üçün vacib bir startdır"