Finalda uduzdu, istefa verdi
06.11.2023 - 13:04
“Boka Xuniors”un baş məşqçisi Corc Almiron istefa verib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bu qərarı mütəxəssisin özü verib. Onun köməkçiləri də klubdan ayrılacaq.
52 yaşlı çalışdırıcı Libertadores kubokunun finalındakı məğlubiyyətdən sonra bu addımı atıb. O, “Flumiense” ilə görüşdəki uğursuzluqdan sonra komandadan tərk etməyə üstünlük verib.
Qeyd edək ki, final qarşılaşması “Boka Xuniors”un “Flumiense”yə 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
- “Vize”nin futbolçusu: “Qarabağ”ın "Gent"i keçmək üçün çox yaxşı şansı var” - MÜSAHİBƏ
- "Abşeron" heyətini yeni oyunçu ilə gücləndirib
- ÇL: “Qarabağ” qələbə qazandı CƏFƏRQULİYEV ƏN YAXŞISI SEÇİLDİ
- Mərakeşin məğlubiyyətsizlik seriyası qırıldı - 42 oyundan sonra
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0