Fofana Fransaya qayıtdı
01.01.2025 - 22:57
“Əl-Nəsr”in futbolçusu Seko Fofana komandanı tərk edib.
Apasport.az xəbər verir ki, o, karyerasını Liqa1-də davam etdirəcək.
Yarımmüdafiəçi “Renn”ə keçib. Fransa klubu 29 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Fil Dişi Sahilindən olan Fofana 2023-cü ildə “Lans”dan “Əl-Nəsr”ə keçmişdi.
Qeyd edək ki, Fofana Asiya klubunda 19 oyunda 2 qol və 1 assistə imza atıb.
- “Neftçi” tarixə düşdü: Çempionatda 110-cu dəfə
- Yığmamız Xorvatiya ilə qarşılaşacaq
- Azərbaycanın badminton məşqçiləri beynəlxalq kurslarda iştirak edirlər
- Azərbaycan Qran-Prisinin qlobal izləyici kütləsi rekord həddə çatacaq
- Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında bürünc medal qazanıb
0
0