“Formula-1” yarışlarının sahibi “Liberty Media” İngiltərə klublarının səhmlərini əldə etmək istəyir.
Apasport.az saytı xəbər verir ki, Amerika şirkəti “Liverpul”, “Mançester Yunayted” və “Tottenhem”lə maraqlanır.
“Liberty Media”nın rəhbəri Qreq Maffey bu barədə məlumat verib. O, bir çox variantları nəzərdən keçirdiklərini və digər idman növlərini investitsiya etmək istədiklərini bildirib. Maffey klubların ədalətli qiymətə almaq və onları inkişaf etdirməyi planlaşdırdıqlarını deyib.
Qeyd edək ki, şirkət “Formula-1”i 2017-ci ildə 3,3 milyard funta almışdı. Bundan başqa, “Liberty Media” “Atlanta Breyvz” beysbol klubunun sahibidir.
- Azərbaycan Premyer Liqasında mövsümün start vaxtı dəqiqləşdi
- "Dinamo"nun yeni baş məşqçisi müəyyənləşib
- Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən start götürəcək
- Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar
- Millilərimiz FİBA reytinqində mövqelərini yaxşılaşdırıb - FOTO