Fransa klubunun baş məşqçisi bəlli oldu
23.10.2024 - 10:51
Fransanın “Monpelye” klubunun yeni baş məşqçisi açıqlanıb.
Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisinin sükanı Jan-Lui Qasseyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəsisslə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
Qasse son olaraq ötən mövsümün ikinci dövrəsində “Marsel”ə rəhbərlik edib.
“Monpelye” Liqa 1-də 8 turdan sonra 4 xalla 18-ci sıradadır.
Qeyd edək ki, Liqa 1 komandası “Marsel”ə 0:5 hesabı ilə məğlub olduqdan sonra erməni baş məşqçi Mişel der Zakaryanı qovub.
- “Fiorentina”nın forvardı İngiltərə yolunda
- "Cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur" - Mübariz Orucov
- Ceyhun Sultanov: “Neftçi” bugünkü gündə baxımlı futbol oynamır”
- Azərbaycan Taekvondo Federasiyasında uğur qazanan komandalarla görüş keçirildi
- Messi 2-ci dəfə "Qızıl top"un sahibi oldu
0
0