Fransa millisində rekord
18.11.2024 - 12:35
Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabio UEFA Millətlər Liqasında İtaliya ilə matçda erkən qol vurub. “Marsel”in futbolçusu oyunun 59-cu saniyəsində hesabı açıb.
Apasport.az “Opta”-ya istinadən xəbər verir ki, bu qol Fransa yığmasında son 40 ildə rəsmi səfər matçlarında (1984-cü ilin oktyabrında Patrik Battistonun Lüksemburq millisinin qapısına vurduğu qoldan sonra) vurulan ən erkən qol olub.
İtaliya – Fransa matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
- Mişuradan təklif: "Əvvəlki “Neftçi” ilə indiki “Neftçi” qarşılaşsın" - MÜSAHİBƏ
- Millimizin üzvü oynadı, komandası finala yüksəldi
- ABŞ-da ən çox forması satılan futbolçular - Siyahı
- “Ordu”nun baş məşqçisi: “Oyunçularım meydanda nə etdiklərini bilmirdilər”
- Dünya çempionatında iştirak edəcək cüdoçularımızın siyahısı müəyyənləşib
0
0