Fransa millisinin üzvü “Yuventus”a qayıdır?
02.08.2026 - 13:21
Fransa millisinin üzvü “Yuventus”a qayıdır?

“Yuventus” PSJ-nin hücumçusu Randal Kolo Muaninin transferini yekunlaşdırmaq üzrədir.

Apasport.az xəbər verir ki, tərəflər fransalı futbolçunun keçidi ilə bağlı razılığa gəliblər.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

27 yaşlı hücumçu tibbi müayinədən keçmək üçün icazə alıb. O, Turin klubuna icarə əsasında deyil, birdəfəlik transfer olunacaq.

Məlumata görə, “Yuventus” bu keçid üçün PSJ-yə 38 milyon avro sabit məbləğ ödəyəcək. Müqavilədə əlavə 12 milyon avro bonus da nəzərdə tutulub.

Kolo Muani “qoca sinyora” ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan 5 illik müqavilə imzalayacaq. Onun maaşı 5 milyon avrodan bir qədər çox olacaq.

Qeyd edək ki, fransalı hücumçu 2025-ci ilin ilk yarısında da icarə əsasında “Yuventus”un formasını geyinmişdi.