Fransa yığmasında ciddi problem
14.12.2022 - 14:27
Fransa yığması DÇ-2022-nin yarımfinal oyunu öncəsi xoşagəlməz halla üzləşib.
Apasport.az saytının məlumatına görə, “üçrənglilər”in iki futbolçusu qripə yoluxub.
Əsas heyət üzvləri olan Adrien Rabio və Dayot Upamekano bu üzdən komandadan təcrid edilib. Hər iki futbolçu öskürək, boğaz ağrısı və halsızlıqdan əziyyət çəkir. Onların Mərakeşlə bugünkü qarşılaşmada iştirakı da hələlik sual altındadır.
Qeyd edək ki, Fransa – Mərakeş matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Dünya çempionları “Vugar Gashimov Memorial-2022”də oynayacaq
- Safi seçilsə, o da “Fənər”ə gəlir: Daha bir ulduzla razılıq
- Millimizin baş məşqçisi: “Gələcəkdə daha uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik”
- Turan Bayramovdan bürünc: Günü 2 medalla tamamladıq
- “Qolden boy”a 20 iddiaçı - ADLAR
0
0