İngiltərənin “Fulhem” klubu İspaniyanın “Real Madrid” komandasının hücumçusu Qonzalo Qarsiyanın transferini rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, 22 yaşlı ispaniyalı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Sazişdə daha bir mövsüm uzadılma bəndi də yer alıb. İngiltərə təmsilçisi bu keçid üçün 40 milyon avro və əlavə 2 milyon avro bonus ödəyəcək.
Razılaşmaya əsasən, “Real Madrid” futbolçunun gələcək transferindən əldə olunacaq məbləğin 30 faizinə sahib olacaq. Bu keçid “Fulhem” tarixinin ən bahalı transferi kimi də qeydə alınıb.
Qeyd edək ki, Qonzalo Qarsiya ötən mövsüm La Liqada 30 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Paris-2024: Selcan Mahsudova Paris Olimpiadasında mübarizəni dayandırıb
- Jozef De Souza Türkiyəyə qayıdır
- Almaniya millisinin futbolçusunun fırıldağı üzə çıxdı - FOTO
- Arif Əsədov: "Samir Əliyevin oyunçular arasında avtoriteti var" - Müsahibə
- Danilo Dias “Qarabağ”ın hegemonluğunun sirrini açıqladı - MÜSAHİBƏ