Futbol tarixinin mövqelər üzrə ən məhsuldar futbolçuları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, araşdırma qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçular arasında aparılıb.
Ən məhsuldar qapıçı Rojerio Senidir. Braziliyalı sabiq qolkiper karyerası ərzində aktivinə 132 qol yazdırıb. Niderland futbolunun əfsanəsi Ronald Kuman məhsuldarlıq baxımından bütün müdafiəçiləri qabaqlayır. DÇ-2022-dən sonra yenidən Niderland yığmasının sükanı arxasına keçəcək Kuman 253 dəfə rəqib qapılarına yol tapıb.
Ən çox qol sevinci yaşayan yarımmüdafiəçi və hücumçu isə karyerasını davam etdirir. Yarımmüdafiəçilər sırasında göstərilən PSJ-nin oyunçusu Lionel Messi 769 qolla orta sahədə çıxış edən bütün oyunçuları qabaqlayıb. “Mançester Yunayted”in şərəfini qoruyan Kriştiano Ronaldo isə 815 qolla futbol tarixinin ən qolçu hücumçusudur.
Messi və Ronaldo hələ də futboldan getmədiyindən, onların qol sayını artırması qaçılmaz olacaq.

- AHİTA ilə Azərbaycan Velosiped İdmanı Federasiyası arasında görüş baş tutub
- “Osasuna”nın danışılmış oyunlarda iştirakı sübut olunsa...
- III MDB Oyunları: Azərbaycan çövkən üzrə millisi yarışa inamlı qələbə ilə başladı
- Haland “Mançester Siti”dən kimdən geri qalır?
- "Beşiktaş" 5 futbolçunu yola salır - İddia