Futbolun qaydaları dəyişir
28.11.2023 - 12:46
VAR-ın (video-köməkçi hakim) səlahiyyətləri artırıla bilər.
Apasport.az xəbər verir ki, futbol qaydalarını idarə edən rəhbər şəxslər VAR-ın səlahiyyətlərinin artırılmasını təklif edib.
Bu barədə "The Times" nəşri məlumat yayıb. Xəbərə görə, mütəxəssislər düşünür ki, bundan sonra aşağıdakı epizodlarda da VAR-a müraciət olunmalıdır:
1. Cərimə zərbəsi təyini zamanı;
2. Küncdən zərbələr;
3. İkinci sarı vərəqənin verilməsi.
Qeyd edək ki, futbol müsabiqələrində video-köməkçi hakim 2018-ci ildən fəaliyyət göstərir.
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib
- Rəqibimizin heyətində 2 dəyişiklik
- "Murov" və "Abşeron" 3-cü oyunda münasibətlərinə aydınlıq gətirəcək
- Avropa Kuboku: “Neftçi”nin oyunçusu oktyabr ayının ən yaxşısı seçilib
- Saşa İliç: “Futbolçularımı təbrik edirəm"
0
0