İstanbulda hazırda "Fənərbaxça" klubunun konqresi keçirilir.
Apasport.az xəbər verir ki, klubun prezidenti Ali Koç azarkeşlər önündə çıxış edib:
"Məni duyğulandırdınız. Onsuz da dik durduq, əyilmədik. Problem də buradan yaranır. Pankartı görüncə düz yolda olduğuma əmin oldum.
Bir daha planlı və pis niyyətlə, zorbalıqla çempionluğumuzu əlimizdən almağa, əməklərimizi oğurlamağa təşəbbüs edilmişdir. Düşünürəm ki, bu təşəbbüslər mövsüm sonuna qədər davam edəcəkdir.
Əslində mənə görə bu olanlara ağlasığmaz dərəcədə səbir göstərmişik. İllərlə bu haqsızlıqlara etiraz etdik görməzdən gəlindik. Dünyanın heç bir yerində yaşanmamış, yaşanmayacaq, yaşanmasına icazə verilməyəcək. 20 ildir ki, haqsızlıqlara məruz qalırıq.
Futbolçularımız Trabzonda formamızı şərəflə qorudular. Onlara cəza verilməsi üçün edilənlərin də fərqindəyik.
Gələcək 2 mövsümdə Türkiyə kubokuna qatılmayacağıq!”
- Rene Hiquita – Futbol tarixinin “dəli”si: “Əqrəb Zərbəsi” ilə Yazılan Tarix
- "Barsa" ilə oyundan öncə "Real"da ciddi itki
- AFFA-nın təşkilatçılığı ilə keçirilən məşqçi kursuna yekun vurulub
- Andrey Lunyovun yeni klubu müəyyənləşdi
- Əfran İsmayılov: “İnanıram ki, Almaniyadan ən az 1 xalla dönəcəyik” - MÜSAHİBƏ