Gilardi "Roma" yolunda: ANLAŞMA ƏLDƏ OLUNDU
29.07.2025 - 12:56

"Roma" daha bir futbolçunu heyətinə qatmağa yaxındır.
Apasport.az xəbər verir ki, klub "Verona"nın müdafiəçisi Daniele Gilardi ilə yaxından maraqlanır.
Tərəflərin müqavilə barədə razılığa gəldiyi bildirilir.
Son detalların bu gün rəsmiləşməsi gözlənilir.
Qeyd edək ki, Gilardi İtaliyanın gənclər yığmasında 16 oyuna çıxıb və bir qol vurub. O, ötən mövsüm A Seriyasında 24 oyun keçirib.
0
0