“Golden Boy” mükafatını Bellingem qazanıb
29.10.2023 - 15:12
İngiltərə yığmasının üzvü Cud Bellingem ilin ən yaxşı gənc futbolçusu seçilib.
Apasport.az saytı xəbər verir ki, 20 yaşlı futbolçu “Golden Boy” mükafatına layiq görülüb.
“Real”ın oyunçusu sorğuda iştirak edən KİV nümayəndələrinin təxminən 95 faizinin səsini toplayıb. Yayda “Borussiya”dan 103 milyon avroya transfer olunan Bellingem qısa müddətdə komandanın ulduzuna çevrilib.
Qeyd edək ki, Cud “Real”ın heyətində meydana çıxdığı ilk 13 oyunda 13 dəfə fərqlənb.
- Premyer Liqa klubuna yeni baş məşqçi təyin edildi
- Yens Anderson: "Öz oyunçularımızı yetişdirmək istəyirik"
- "Qarabağ" və "Zirə" növbəti dəfə Azərbaycan Kubokunun finalında qarşılaşacaqlar
- Futbolun İnkişaf Fondunun əməkdaşları Ağstafa və Qazax rayonlarına səfər edib
- "Baku Open"də 5-ci tura yekun vurulub
0
0