"Kolxeti"nin yarımmüdafiəçisi Andriya Bartişvili karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Arsenal" gürcüstanlı futbolçunun keçidini həll edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London klubu 17 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün qarşı tərəfə 4,5 milyon avro ödəyib. Gənc oyunçu 2027-ci ilin yayında London klubunun düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Andriya Bartişvili bu ilin yanvarından icarə əsasında "İberiya 1999"da çıxış edir. Gürcüstan U-21 millisinin üzvü cari mövsümdə klubunun heyətində 24 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Vaqif Cavadov: “Səhvləri heç vaxt kiminsə üzərinə atmamışam”
- Azərbaycan Taekvondo Federasiyasında uğur qazanan komandalarla görüş keçirildi
- Antalyada "Zəfər Kuboku"nda daha altı medal
- "Qalatasaray"ın yeni transferi İstanbula gəldi
- Ülviyyə Fətəliyeva: “Mükafatlandırmada komanda yoldaşım Günayla birgə olmaq...”