Portuqaliyalı Kriştiano Ronaldonun forması İstanbuldakı Çempionlar Liqasının finalı üçün hazırlanan fan-şopun ən bahalı geyimdir.
Apasport.az saytı xəbər verir ki, 38 yaşlı hücumçunun “Yuventus” komandasında çıxış edərkən geyindiyi formalar 45 min lirəyə (3263 manata) satışa çıxarılıb.
İkinci yerdə 38 min lirə (təxminən 2756 manata) qiymətləndirilən "Mançester Siti"nin hücumçusu Erlinq Haalandın futbolkasıdır. İlk “üçlüy”ü onun komanda yoldaşı Bernardo Silva qapayır - 20 min lirə (təxminən 1450 manat).
Qeyd edək ki, “İnter” və “Mançester Siti” arasında oynanılacaq Çempionlar Liqasının final oyunu iyunun 10-da İstanbulda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- "Gəncə"nin baş məşqçisi: "Bu, bizim üçün önəm daşıyırdı"
- Çempionlar Liqası: Ən çox azarkeş “Qarabağ” – “Lex” matçında olub
- Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cavab matçlarının proqramı
- Gürcüstanlı ulduz Premyer Liqa yolunda
- Azərbaycanla Türkiyənin Kanoe və Avarçəkmə Federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq