Hakan Çalhanoğlu fantastik təklifi rədd edib
28.12.2023 - 23:51
"İnter"in futbolçusu Hakan Çalhanoğlu Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifi qəbul etməyib.
Apasport.az xəbər verir ki, türk yarımmüdafiəçi "Əl Hilal"ın təklifini rədd edib. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
29 yaşlı orta xətt oyunçusu 4 illik müqavilə üçün 72 milyon avroluq maaşdan imtina edib. O, Avropada qalmağı üstün tutub.
Qeyd edək ki, Hakan Çalhanoğlu cari mövsümdə "İnter"in heyətində meydana çıxdığı 21 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Taekvondo üzrə Azərbaycan çempionatının görüşləri təxirə salınıb
- Nuri Şahin: “Bu nəticəni qəbul etmək çətindir"
- Murad Musayev “Pro” aldı: “Darıxmağa vaxt yoxdur”
- Elvin Məmmədov: "Ən azından baxardı ki, milli komandamıza kömək olacaq, ya yox"
- Xorvatiya Albaniya matçında qalib müəyyənləşmədi - YENİLƏNİB
0
0