Mərakeşli futbolçu Hakim Ziyeşin ötən axşam “Çelsi”dən PSJ-yə transferi zamanı kuryoz hadisələr yaşanıb.
Apasport.az saytı xəbər verir ki, “zadəganlar” keçidin tamamlanması üçün Paris klubunun onlardan istədikləri sənədləri 3 dəfə səhv göndərib.
London təmsilçisi transfer pəncərəsinin son dəqiqələrində bir tərəfdən Portuqaliya “Benfika”sından Enzo Fernandesi almağa, digər tərəfdən də Ziyeşi Parisə göndərməyə çalışıb. Gecikmələr olmasına baxmayaraq, PSJ müqavilə imzalandığı üçün Hakim Ziyeş transferindən imtina etmək istəmədiyini və problemin həlli üçün Fransa Futbol Federasiyasına müraciət edəcəyi bildirilir.
Qeyd edək ki, “Çelsi” Ziyeşi 2020-ci ildə Niderland “Ayaks”ından 40 milyon avroya almışdı. Londonlular Fernandesi isə 121 milyon avroya transfer edib. Futbolçu 2031-ci ilin yayına kimi “Çelsi”yə məxsus olacaq.
- “Turan Tovuz” Türkiyədə məğlub olub
- İdmançının valideyni od püskürdü: Mənə əsəbiləşdilər, uşağımı millidən kənarlaşdırdılar
- Vanderson: “Azərbaycan Premyer Liqası Ukrayna çempionatına daha yaxındır”
- AL: "Qalatasaray"ın oyunçusu həftənin qolu mükafatına namizəddir
- “Arsenal”ın stadionunda futbolçular üçün “namaz otağı” açılıb