Haland Yuveyə yaxınlaşdı
13.10.2023 - 09:09
AVRO-2024-ün seçmə mərhələsinin VII turunda Kiprlə qarşılaşan Norveç yığması böyükhesablı qələbə qazanıb.
Apasport.az xəbər verir ki, 4:0 hesablı qələbəyə iki qolla töhfə verən Erlinq Haland millidəki qol sayını 27-yə çatdırıb.
27 oyunda 27 dəfə fərqlənən hücumçunun orta məhsuldarlığı 1,00-a bərabərdir. O, yığmada 26 qol vuran Eynar Qundersonu arxada qoyub və Norveç millisinin tarixinin ikinci bombardiridir. Yalnız Yorgen Yuve daha çox qola imza atıb – 33 top.
Qeyd edək ki, 6 oyunda 10 xal toplayan Norveç A qrupunda üçüncüdür.
- "Barselona" 25 matçdan sonra ilk dəfə qol vura bilmədi
- Ramin Quliyev: "Neftçi"də mövsümün gedişindəki uğurlu seriyanı saxlasaydı, fərqli alınardı" - MÜSAHİBƏ
- “Barselona” yenidən maliyyə problemi ilə üz-üzə
- Mbappe prezident olmaq istəmir: “Kifayət qədər nifrət edilirəm”
- Gimnastlarımız Dünya Kubokunda iştirak edəcəklər
0
0