“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klubla yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu iddia ilə “Sky Sport” nəşri çıxış edib.
Bildirilib ki, karyerasını bitirmək fikrində olmayan 40 yaşlı forvard klubla danışıqları yekunlaşdırıb. “Milan” yaxın günlərdə onunla yeni 1 illik saziş imzalandığını açıqlayacaq. İsveçli superulduzun maaşı 1 milyon funt sterlinqə qədər azaldılıb. O, həmçinin əlavə bonuslar da qazana bilər.
Sol dizindəki əməliyyatdan sonra sağalma prosesində olan İbranın 2022-ci ildə meydana çıxmaq şansı azdır.
Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 27 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə verib.
- Beynəlxalq dərəcəli azərbaycanlı hakim CEV tərəfindən təyinat alıb
- “Qarabağ” – “Çelsi” oyununun biletləri tükənir
- Sabiq “Yunayted”li ən zəif komanda yoldaşını açıqlayıb
- AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub
- Alina Kabayevanın “Nebesnaya qratsiya” akademiyası III MDB Oyunlarında